Laçına dairəvi yol çəkilir

Xəbərlər

06.08.2021 - 13:18

Laçına daxil olmadan çəkilən alternativ yeni yol iki hərəkət zolaqlı olacaq

 

İşğaldan azad olunmuş Laçına daxil olmadan uzunluğu 23 km olan yolun tikintisinə artıq başlanılıb. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov "2021-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş brifinq zamanı bildirib.

 

Onun sözlərinə görə, Laçına daxil olmadan çəkilən alternativ yeni yol iki hərəkət zolaqlı olacaq: "Hazırda Laçın şəhərinə gedən yol sülhməramlıların nəzarətindədir. Bu məqsədlə biz rahat hərəkətin təmin edilməsi üçün Laçına daxil olmadan 23 km uzunluğunda dairəvi alternativ yolun tikintisinə başlamışıq".

 

H.Rüstəmov bildirib ki, gələcəkdə bu istiqamətdə yeni layihələrin hazırlanması gözlənilir və bu barədə ictimaiyyətə daha ətraflı məlumat veriləcək.

Müəllif: Ayna.az