Kursk vilayətində üç gündür döyüşlər gedir

Dünya

08.08.2024 - 13:45

Həkimlər Klinikalar SEO Xidməti

Amerika Müharibənin Tədqiqi İnstitutunun son hesabatına görə, Ukrayna qoşunları Kursk vilayəti ərazisinə on kilometr irəliləyə bilib

Kursk vilayətində üçüncü gündür döyüşlər davam edir. Bu gün səhər saatlarında regionun rəhbəri vəzifəsini icra edən Aleksey Smirnov bildirib ki, hava hücumundan müdafiə sistemləri bölgə üzərində 7 raket və 6 pilotsuz təyyarə vurub. Gecə ərzində bir neçə dəfə raket xəbərdarlığı elan edilib.

Rusiya Müdafiə Nazirliyi avqustun 8-nə keçən gecə və səhər saatlarında hava hücumundan müdafiə sistemlərinin Kursk vilayəti üzərində altı pilotsuz uçuş aparatı və beş raketi məhv etdiyini iddia edir. Nazirliyin məlumatına görə, daha 14 pilotsuz təyyarə Belqorod vilayəti üzərində vurulub.

Amerika Müharibənin Tədqiqi İnstitutunun son hesabatına görə, Ukrayna qoşunları Kursk vilayəti ərazisinə on kilometr irəliləyə bilib.

Rusiya Müdafiə Nazirliyinə yaxın “Rybar” “Telegram” kanalının məlumatına görə, Ukrayna hərbçiləri Sudjanın qərb yarısını işğal ediblər və hazırda döyüş təmas xətti kiçik Sudja çayının axdığı ovalıqda bənd sahəsi boyunca keçir. Qeyd olunur ki, Rusiya tərəfində bu ərazi əsasən “yerli milis bölmələri” tərəfindən müdafiə olunur.

Müharibə tərəfdarı olan teleqram kanalı iddia edir ki, hazırda “Ukrayna birləşmələrinin sayı, istiqamət üzrə hərbi texnika ehtiyatları və hərbi potensial tükənməyib”.

Rusiya Müdafiə Nazirliyini tənqid edən Rusiyanın “Two Majors” “Telegram” kanalı qeyd edir ki, “vəziyyət mürəkkəbdir” və Ukrayna qoşunları “əvvəllər təxmin ediləndən daha böyük qüvvələrdən” istifadə edir. Kanal bir gün əvvəl Ukrayna Silahlı Qüvvələrinin briqadasının, yəni azı min nəfərin Kursk vilayətinə daxil olduğunu iddia etmişdi.

Məlumatlara görə, Ukrayna Silahlı Qüvvələri Korenevo kəndinə yaxınlaşıb və orada “döyüşlə dayandırılıb”.

Müəllif: Turan Abdulla

Pin up casino Pin-up casino giriş