Dmitri Peskov: "Rusiya ümid edir ki, Ermənistan AİB üzvlüyünün faydalarını başa düşəcək"
“Rusiya ümid edir ki, İrəvan sonda Avrasiya İqtisadi Birliyini (AİB) seçəcək. Çünki bu inteqrasiya prosesi Ermənistanın Avropa İttifaqına potensial üzvlüyündən xeyli faydalıdır”. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Biz əminik ki, bu inteqrasiya prosesi, yəni AİB hər il Ermənistanın ÜDM-nin artımına əhəmiyyətli dərəcədə töhfə verir. Və əminik ki, bütün keyfiyyət xüsusiyyətlərinə görə inteqrasiya prosesimiz digər alternativləri xeyli üstələyir. Və ümid edirik ki, ilk növbədə, Ermənistan xalqı və hazırkı Ermənistan rəhbərliyi vəziyyəti təhlil etdikdən sonra eyni nəticəyə gələcəklər", - deyə o qeyd edib.