Koxalski “Qarabağ”dan getdi

İdman

08.09.2026 - 17:12

Ağdam klubu “Vyeçista” klubunun təklifini müsbət cavablandırıb

“Qarabağ” Mateuş Koxalskinin transferi ilə bağlı Polşanın “Vyeçista” klubunun təklifini, futbolçunun istəyini nəzərə alaraq, müsbət cavablandırıb.

Klubdan AYNA.AZ-a verilən məlumata görə, klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçının transferi ilə bağlı razılıq əldə olunub.

2024-cü ilin yayında “Qarabağ”a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, komanda ilə birlikdə Azərbaycan çempionu olub (2024/25), UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə uğrunda pley-offa qədər irəliləyib və turnirdəki 40 seyvlə “Top-3”də qərarlaşıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş