Kolleclərə qəbul imtahanının nəticələri açıqlanıb

Xəbərlər

15.09.2020 - 15:09

Qəbul olanlar sentyabrın 25-dək qeydiyyatdan keçməlidirlər

 

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AYNA-ya verilən xəbərə görə, orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar sentyabrın 16-dan 25-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini sentyabrın 15-də saat 13:45-dən etibarən internet səhifəsində yerləşdirilib.

 

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı kolleclər tərəfindən onlayn qaydada həyata keçirilir. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

Müəllif: Ayna.az