Kobaxidze müxalifətlə danışıqları rədd edib

Dünya

02.12.2024 - 22:59

Həkimlər Klinikalar SEO Xidməti

“Əlbəttə yox. Danışıqlar yoxdur”

Gürcüstan hakimiyyəti respublikadakı qeyri-sabit vəziyyətə görə müxalifətlə danışıqlara getməyəcək.

AYNA gürcü mediasına istinadən xəbər verir ki, danışıqlar Gürcüstanın Baş naziri İrakli Kobaxidze tərəfindən rədd edilib.

“Əlbəttə yox. Danışıqlar yoxdur”, - deyə Kobaxidze deyib.

Qeyd edək ki, noyabrın 28-dən Tiflisdə və Gürcüstanın digər şəhərlərində hakimiyyətin ölkənin 2028-ci ilə qədər Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları dayandırdığını elan etməsindən sonra etiraz aksiyaları keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş