Kobaxidze Ermənistana səfər edəcək

Dünya

30.01.2025 - 01:56

Həkimlər Klinikalar SEO Xidməti

İrəvanda Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Bu gün Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistana səfər edəcək nümayəndə heyətinə rəhbərlik edəcək və burada iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında iştirak edəcək.

AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstan hökumət administrasiyasının Mətbuat Xidmətindən məlumat verilib.

Hökumətlərarası Komissiyanın iclasından sonra Kobaxidze və Ermənistanın Baş naziri Nikol Paşinyan media üçün birgə bəyanatla çıxış edəcəklər. Bundan əlavə, iki ölkənin hökumət başçılarının təkbətək görüşü olacaq.

Hökumətlərarası Komissiyanın əvvəlki, 13-cü iclası 2024-cü ilin yanvarında Tiflisdə baş tutub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş