“AŞPA qətnamələri ədalətsizdir və Gürcüstan cəmiyyəti artıq onlara cavab vermir”
“Avropa Şurası Parlament Assambleyası özünü tamamilə dəyərsizləşdirib”. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyası (AŞPA) qətnamələri ədalətsizdir və Gürcüstan cəmiyyəti artıq onlara cavab vermir.
Kobaxidze əlavə edib: "Qətnamələrdə yer alan suallar tamamilə absurddur. Gürcüstan aparıcı demokratik ölkədir. Bu, reallıqdır və qətnamədə yer alan qalan məqamlar heç kim üçün maraqlı deyil".
Qeyd edək ki, AŞPA yay plenar iclasında Gürcüstanla bağlı hesabatı nəzərdən keçirəcək. Sənəd əsasında hazırlanmış qətnamə layihəsində bildirilir ki, “Gürcüstanda demokratik geriləmə və vətəndaş cəmiyyətinə və siyasi müxalifətə təzyiq davam edir”.