Məhərrəmovdan tapança, patron darağı və beş patron aşkarlanaraq götürülüb
Polis əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Xəbərdə bildirilir ki, Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məhərrəmovdan nömrəsi silinmiş “Naqan” markalı tapança, patron darağı və beş patron aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.