Karni Kanadanı Avropa İttifaqının assosiativ üzvü olmasını təklif edib

Dünya

13.09.2026 - 20:49

"Karni məcburi birlik təşəbbüsü ilə Kanadanın Avropaya doğru yönəlməsini sürətləndirib”

ABŞ ilə ticarət danışıqlarının uğursuzluğundan sonra Kanadanın Baş naziri Mark Karni Şimali Amerika ölkəsinin Avropa İttifaqına (Aİ) qoşulmasını və Ottavanın assosiativ üzvlüyünü təklif edib. AYNA.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Məqalədə deyilir: "Karni məcburi birlik təşəbbüsü ilə Kanadanın Avropaya doğru yönəlməsini sürətləndirib. Karni hətta Avropa liderlərinə Kanadaya yeni bir ad verilməsini təklif edib: Avropa İttifaqının assosiativ üzvü".

Qeyd olunur ki, Karni son aylarda Almaniya, Fransa və İtaliya da daxil olmaqla, bütün əsas Aİ ölkələri ilə danışıqlar aparıb. Onların əsas məqsədi Kanadanı Avropa bazarına inteqrasiya etməkdir.

Qəzetin məlumatına görə, Brüssel bu ideyaya açıqdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş