ETSN rəsmisi: “Aprel ayında havadakı zərərli tullantıların miqdarı 45-50%-ə qədər azalıb”
“Kanantin müddətində atmosfer havasındakı dəyişikliklə bağlı monitorinq aparılıb. Maqralı nəticələr əldə etmişik”.
AYNA xəbər verir ki bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva deyib.
O bildirib ki, karantin günlərində paytaxtın ən sıx olan küçələrində, şəhərin bəzi nöqtələrində - Heydər Əliyev, Neftçilər prospektlərində, Ukrayna dairəsində aparılan monitorinqlərin nəticəsi ötən ilin eyni müddəti ilə müqayisə olunub: “Məlum olub ki, aprel ayında havadakı zərərli tullantıların miqdarı 45-50%-ə qədər azalıb. Mayda isə - karantin yumşaldıqdan sonra yenidən çirklənmə səviyyəsi artıb. Monitorinqlərin nəticələri göstərir ki, çirkləndirici maddələrin artımı davam edir, bu göstərici 30-35% təşkil edir”.