Karadayı xəstəxanada vəfat edib

Dünya

26.05.2020 - 17:16

General bir neçə gün öncə yüksək temperaturla xəstəxanasına aparılmışdı

 

Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, ordu generalı İsmayıl Hakkı Karadayı vəfat edib. AYNA qardaş ölkə mətbuatına istinadən bildirir ki, Karadayı 88 yaşında İstanbuldakı "Florence Nightingale" xəstəxanasında dünyasını dəyişib.

 

General bir neçə gün öncə yüksək temperaturla xəstəxanasına aparılmışdı.

 

Qeyd edək ki, İsmayıl Hakkı Karadayı 1994-1998-ci illərdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub. O, Türkiyənin 22-ci Baş Qərargah rəisi idi. 

Müəllif: Ayna.az