Aksiyaçılar bildiriblər ki, 200-dən çox cəsəd soyuducularda saxlanılıb
İkinci Qarabağ müharibəsində itkin düşən erməni hərbçilərin yaxınları İrəvanın mərkəzi Heratsi küçəsini bağlayıblar. AYNA erməni mediasına istinadən bildirir ki, aksiyaçılar müharibədə həlak olan hərbçilərin cəsədləri hökumət tərəfindən soyuducularda uzun müddət gizlədilib.
İtkin düşən hərbçilərdən birinin atası Arsen Qukasyan deyib ki, Artaşat da daxil olmaqla, müxtəlif yerlərdə meyvə soyuducularında 200-dən çox cəsəd saxlanılıb: “Yalnız indi uşaqlarımızın cəsədlərini bizə təhvil verirlər. Aparılan əməliyyat-axtarış tədbirlərində morqda olan meyitlərdən daha az meyit tapılıb. Demək ki, hökumət dəqiq ölüm sayını bildirmək istəmir”.
Aksiya keçirən əsgər yaxınları itkin düşən hərbçilərin qohumlarının da daxil edildiyi dövlət komissiyasının yaradılmasını tələb edirlər.