İtkin düşən daha bir hərbçimizin nəşi tapılıb

Xəbərlər

07.06.2021 - 10:46

Həkimlər Klinikalar SEO Xidməti

Axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır

 

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin nəşi tapılıb. AYNA xəbər verir ki, bu barədə Respublika Hərbi Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.

 

Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, əsgər Məsimov Əkbər Yunis oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

 

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş