İtaliyanın Konqodakı səfiri öldürülüb

Dünya

22.02.2021 - 16:19

Həkimlər Klinikalar SEO Xidməti

Silahlılar avtomobil konvoyuna hücum ediblər

 

İtaliyanın Konqo Respublikasındakı səfirinin olduğu konvoya hücum olub. AYNA xarici mediaya istinadən bildirir ki, silahlılar Kanyamahoro şəhəri yaxınlığında BMT-nin konvoyuna hücum edib.

 

Hücum nəticəsində üç nəfər həlak olub ki, onlardan biri İtaliyanın bu ölkədəki səfiri Luka Attanassiodur.

 

Qeyd edilir ki, silahlılar avtomobildəki şəxsləri girov götürmək istəyiblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş