Yaralılar xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır
İtaliyada pirotexniki vasitələr anbarında partlayış olub. AYNA "Report"a istinadən bildirir ki, hadisə Siciliya adasında, Messina əyalətində qeydə alınıb.
Barçellona-Posso-di-Qotto yaşayış məntəqəsində baş verən partlayış zamanı azı 4 nəfər həlak olub. Qeyd edilir ki, ölənlər arasında firma sahibinin arvadı da var.
Məlumata görə, hadisə zamanı daha 2 nəfər xəsarət alıb, bir nəfər itkin düşüb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır.
Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.
