Yaralılara ilk tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya aparılıblar
İstanbulun Küçükçekmece rayonunda şəhərsalma layihəsi çərçivəsində sökülən binanın bir hissəsi uçub. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Çökmə binanın şəhərsalma layihəsi çərçivəsində boşaldılıb sökülən hissəsində baş verib.
Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili yardım briqadaları göndərilib. Yaralılara ilk tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya aparılıblar.