İsrail Knesseti ölkəyə yeni Prezident seçib

Dünya

02.06.2021 - 15:06

Həkimlər Klinikalar SEO Xidməti

Birinci turda Knessetin 120 deputatından 87-si İshaq Hersoqa səs verib

 

İsrail Knessetinin deputatları yeddi illik müddəti bitən Ruven Rivlini əvəz edəcək 11-ci Prezidenti seçib. AYNA xarici mediaya istinadən bildirir ki, gizli səsvermə nəticəsində “Soxnut” agentliyinin rəhbəri İshaq Hersoq ölkənin yeni Prezidenti seçilib.

 

Birinci turda Knessetin 120 deputatından 87-si Hersoqa səs verib.

 

Qeyd edək ki, R.Rivlinin səlahiyyətləri iyulun 9-da bitir. İsrail qanunlarına əsasən, yeni Prezident həmin müddətə 30 gün qalmış müəyyən olunmalıdır.

 

Xatırladaq ki, İsraildə Prezidentin yeddi illik səlahiyyət müddəti var və dövlət başçısı vəzifəsi eyni şəxs tərəfindən iki dəfə icra edilə bilməz.  Prezident vəzifədən yalnız parlament tərəfindən - deputatların dörddə üçünün impiçmentə səs verəcəyi təqdirdə kənarlaşdırıla bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş