Rəsmi Təl-Əviv mayın 21-i, saat 2-də atəşi dayandırmaq niyyətindədir
İsrail Nazirlər Kabineti Qəzza zolağına endirilən zərbələrin dayandırılmasına qərar verib. AYNA xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” telekanalı məlumat yayıb.
“Kanal 13”ün xəbərinə görə isə rəsmi Təl-Əviv mayın 21-i, saat 2-də atəşi dayandırmaq niyyətindədir.
Fələstin xarici işlər naziri Riyad əl-Maliki öz növbəsində bildirib ki, İsrail tərəfinin atəşkəs qərarı yaxşı addım olardı, ancaq bu kifayət deyil.
Onun sözlərinə görə, əsas məsələ Qüdsün statusu olaraq qalır.