Çəkisi 800 kiloqram olan 1 200 ədəd çətənə kolu kökündən çıxarılaraq yandırılıb
Ağdamın işğaldan azad edilmiş kəndində narkotik maddə aşkar edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində əməliyyat-axtarış, nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Keçirilən tədbirlərlə rayonun işğaldan azad edilmiş Cinli kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlanıb. Polis əməkdaşları tərəfindən ümumi çəkisi 800 kiloqram olan 1 200 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.