İraqın şimalında səkkiz terrorçu məhv edilib

Dünya

20.08.2020 - 03:07

Məhv edilən terrorçular terror aktı törətməyə cəhd göstərirmişlər

 

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı Metina bölgəsində səkkiz terrorçunu zərərsizləşdirib. AYNA-nın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

 

Məlumatda qeyd olunur ki, məhv edilən terrorçular terror aktı törətməyə cəhd göstərirmişlər. Türkiyə ordusu antiterror əməliyyatlarını davam etdirir.

Müəllif: Ayna.az