İraq yenidən qarışdı: Hökumət əleyhinə etirazlar başlayıb

Dünya

11.05.2020 - 14:51

Bəsrədəki etirazlar nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

 

İraq Milli Kəşfiyyat İdarəsinin başçısı Mustafa əl-Kazıminin başçılıq etdiyi yeni hökumətin qurulmasından sonra Bağdad, Müsenna, Zikar, Vasıt və Bəsrə əyalətlərində hökumət əleyhinə etirazlara yenindən start verilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Bəsrə şəhərindəki etirazlar nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

 

Digər tərəfdən, Zikar şəhərində naməlum silahlı şəxslərin hücumu nəticəsində ağır yaralanan etirazçılardan biri- Ezher Şummari müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

 

Şummarinin cənazə mərasimində iştirak edən izdiham hökumət əleyhinə şüarlarla qəbiristanlığa gedərkən, şəhər mərkəzindəki əsas küçələri bağlayıblar.

 

Qeyd edək ki, İraqda 2019-cu ilin oktyabrında başlayan və 500-dən çox insanın ölümünə səbəb olan hökumət əleyhinə etirazlarda, onlarla etirazçı naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.

Müəllif: Ayna.az