“İran regionda sabitlik naminə qonşu ölkələrlə hər cür əməkdaşlığa hazırdır”

Dünya

25.08.2026 - 09:03

Məsud Pezeşkian: "İran İslam ölkələri və qonşu dövlətlərlə istənilən əməkdaşlığa və qarşılıqlı əlaqəyə hazırdır"

“İran hakimiyyəti regionda sabitliyi bərpa etmək üçün qonşu dövlətlərlə bütün formalarda əməkdaşlığa hazırdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.

Pezeşkian Tehranda Pakistan ordusunun baş komandanı Asim Munirlə görüşündə bildirib ki, "İran İslam ölkələri və qonşu dövlətlərlə iqtisadi, siyasi və təhlükəsizlik sahələrində istənilən əməkdaşlığa və qarşılıqlı əlaqəyə hazırdır".

İran Prezidentinin sözlərinə görə, "bölgədə davamlı sülhün bərqərar olması üçün İslam ölkələri ilə əməkdaşlığın gücləndirilməsi əsas tələbdir".

Pezeşkian əlavə edib ki, "birlik və həmrəylik düşmən tərəflərin planlarına qarşı ən vacib maneədir".

Pakistanın baş komandanı ilə söhbət zamanı Pezeşkian "ABŞ-ın İranla qarşılıqlı əlaqələrində tonunu və yanaşmasını tənzimləməli olduğuna" inandığını bildirib.

İslam Respublikasının Prezidenti bildirib ki, "güc və hədə-qorxuya güvənmək yalnız İran və ABŞ arasında imzalanmış anlaşma memorandumunun həyata keçirilməsini çətinləşdirəcək".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş