Pakistan və Qətər vasitəçiləri birgə bəyanat yayıblar
İsveçrədə keçirilən İran-ABŞ danışıqlarında irəliləyiş əldə edilib, bu da ümidvericidir. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu sözlər Pakistan və Qətər vasitəçilərinin birgə bəyanatında əksini tapıb.
Görüşdəki atmosferin müsbət və konstruktiv olduğu vurğulanıb.
“Bütün məsələlər üzrə texniki danışıqlar həftənin sonuna qədər Bürgenstok kurortunda davam edəcək",- deyə bəyanatda qeyd edilir.