Azərbaycan vətəndaşı “Sarpi” gömrük-keçid məntəqəsinin ərazisində saxlanılıb
Gürcüstanda “İnterpol”un “qırmızı bülleteni” ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, həmin şəxs Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında xuliqanlıq və başqasının əmlakına qəsdən ziyan vurma ittihamları ilə axtarışda olub.
İstintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşı “Sarpi” gömrük-keçid məntəqəsinin ərazisində saxlanılıb.
Hazırda saxlanılan şəxslə bağlı qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları həyata keçirilir.