"İnstagram"ın işində nasazlıq yaranıb

Xəbərlər

22.10.2020 - 07:34

"İnstagram" sosial şəbəkəsinin işində nasazlıq yaranıb.

 

AYNA xəbər verir ki, bu haqda "Downdetector" portalı məlumat yayıb.

 

Problem əsasən ABŞ, Rusiya, Meksika, Braziliya, Çili, Arqentina, İngiltərə, Fransa, Ukrayna, İtaliya, Xorvatiya, Hollandiya, Almaniya və digər ölkələrdəki istifadəçilər tərəfindən bildirilib.

 

İstifadəçilərin 60%-i hekayələrə baxa bilmədiklərini qeyd ediblər.

 

21% istifadəçi İnstaqram lentinin yenilənmədiyini bildirib. 17%-i isə şəbəkəyə fotoları yerləşdirməkdə çətinlik çəkib.

Müəllif: Ayna.az