İndoneziyada bərənin batması nəticəsində ölənlərin sayı 78-ə çatıb

Dünya

01.10.2026 - 12:51

Gəmidə 30 heyət üzvü də daxil olmaqla 243 nəfər olub

İndoneziyaya məxsus “Virgo Transport 8” bərəsinin batması nəticəsində ölənlərin sayı 78-ə çatıb. AYNA.AZ-ın xarici mediaya istinadən məlumatına görə, axtarış və xilasetmə işlərində artıq 1000-dən çox xilasedici iştirak edir.

Bildirilib ki, axtarışın 18-ci gününə qədər 186 nəfər tapılıb, onlardan 108-i xilas edilib. Əlli yeddi nəfər itkin düşüb.

“The Jakarta Post” qəzetinin məlumatına görə, bərə 13 sentyabrda Şərqi Yavanın Surabaya şəhərindən Cənubi Kalimantanın Banjarmasinə gedərkən şiddətli fırtına zamanı yoxa çıxıb. Gəmidə 30 heyət üzvü də daxil olmaqla 243 nəfər olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş