Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin Bişkekdə ŞƏT sammiti çərçivəsində söhbət ediblər.
AYNA.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak etmək üçün Bişkekdəki “Irıs Ordo” Konqres Mərkəzinə gəlib.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamlayıb.
Sonra “ŞƏT plyus” formatında keçirilən görüşün iştirakçıları birgə foto çəkdiriblər.