İlham Əliyev: "Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır"

Siyasət

15.06.2021 - 18:33

Prezidentlər mətbuata birgə bəyanatla çıxış ediblər

 

“Bu gün imzalanmış Müttəfiqlik haqqında Birgə Bəyannamə əlaqələrimizi, münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir. Bu ad öz-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Bu gün biz keyfiyyətcə yeni əlaqələr qurmuşuq. Və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır”.

 

AYNA-nın xəbərinə görə, bunu Şuşada Azərbaycan Prezidenti İlham Əliyev deyib.

 

“İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri - Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb”, - Prezident vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş