DİN seçkilərlə bağlı məlumat yayıb

Siyasət

09.02.2020 - 22:26

Həkimlər Klinikalar SEO Xidməti

Təhlükəsizlik və hüquq qaydası etibarlı qorunub

 

Daxili İşlər Nazirliyi (DİN) bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı məlumat yayıb.

 

DİN-in Mətbuat Xidmətindən AYNA-ya daxil olan məlumatda bildirilir ki, 2020-ci il fevral ayının 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər zamanı daxili işlər orqanları tərəfindən qanunla müəyyən olunmuş vəzifələrin icrası təmin edilib, təhlükəsizlik və hüquq qaydası etibarlı qorunub.

 

Saat 19.00-a olan müddətə ictimai asayişin kobud surətdə pozulması, seçki prosesinə polisin qanunsuz müdaxilə etməsi faktı qeydə alınmayıb.

 

Polis, yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda-rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa etmiş, qanunauyğun tədbirlər görüb.  

Müəllif: Ayna.az