İlham Əliyev Berdiməhəmmədovla görüşüb

Xəbərlər

21.01.2021 - 12:34

Görüş videokonfrans formatında keçirilib

 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.

 

AYNA Prezidentin rəsmi saytına istinadən bildirir ki, görüşdə Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Müəllif: Ayna.az