İlham Əliyev: “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır”

Siyasət

11.11.2020 - 17:41

Həkimlər Klinikalar SEO Xidməti

Prezident: “Hər həftə Türkiyədən bir neçə heyət gəlir”

 

“Biz tarixi anlar yaşayırıq. Bu bayramı bütün Azərbaycan qeyd edir, bütün dünya azərbaycanlıları qeyd edirlər. Görürsünüz ki, küçələrdə insanlar bu bayramı necə qeyd edirlər”. Bunu Prezident İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı səsləndirib.

 

Ölkə başçısı bildirib ki, bu bayram qardaş Türkiyədə bizdəki kimi qeyd olunur: “Bu təbiidir. Çünki biz bir millət, iki dövlətik. Bu günlər ərzində əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəfələrlə öz təşəkkürümü bildirmişəm. Dünən də telefonla danışmışıq. Yenə də təşəkkürümü bildirdim. Türkiyənin siyasi və mənəvi dəstəyi bu Qələbənin qazanılmasında çox böyük rol oynadı. Çünki Prezidentin, qardaşımın ilk saatlardan dediyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Bütün bu dövr ərzində həm Prezident, həm nazirlər, vəzifəli şəxslər daim bizə öz dəstəyini ifadə etdilər. Görürsünüz, nə qədər heyət gəlir. Demək olar ki, hər həftə Türkiyədən bir neçə heyət gəlir. Türkiyədən bizə dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş