İlham Əliyev: “Azərbaycan tarixən həmişə multikultural ölkə olub”

Xəbərlər

27.10.2026 - 13:09

“Mədəniyyətlərarası və dinlərarası münasibətlərlə bağlı məsələlər gündəliyimizin əsas prioritetləri sırasındadır”

“Azərbaycan tarixən həmişə multikultural ölkə olub”. AYNA.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında deyib.

“Mədəniyyətlərarası və dinlərarası münasibətlərlə bağlı məsələlər gündəliyimizin əsas prioritetləri sırasındadır. Azərbaycan tarixən həmişə multikultural ölkə olub. Biz Avropa ilə Asiyanın arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü rolunu oynayıb. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı və yüksək qiymətləndirdiyi dəyərlərdir. Azərbaycanın uğurlu və sabit inkişafının əsas səbəblərindən biri də cəmiyyətimizdəki həmrəylik və harmoniyadır. Bütün etnik qrupların və dinlərin nümayəndələri Konstitusiyamıza uyğun olaraq, eyni hüquqlardan istifadə etməklə yanaşı, vahid ailə kimi yaşayırlar”, - dövlət başçısı qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş