Müvafiq səhiyyə qurumları məlumatlandırılıb
Oktyabrın 9-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində iki nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxsləri yaşadıqları evə qaytarıblar.
Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.