İctimai yerdə saxlanılan koronavirus xəstəsinə cinayət işi açılıb

Xəbərlər

12.09.2021 - 15:10

Həkimlər Klinikalar SEO Xidməti

Sevcan Məmmədova tibb işçilərinin də iştirakı ilə yaşadığı evə geri qaytarılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxslə izahedici söhbətlər aparılıb və tibb işçilərinin də iştirakı ilə yaşadığı evə geri qaytarılıb.

S.Məmmədova barəsində Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş