Minalar partladıqdan sonra gəmilərdə yanğın baş verib
Hörmüz boğazından keçən iki tanker sularda qoyulmuş minalara düşüb. AYNA.AZ xəbər verir ki, bu barədə “Press” TV İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) açıqlamasına istinadən məlumat yayıb.
Minalar partladıqdan sonra gəmilərdə yanğın baş verib və tankerlər idarəetməni itirib.
Telekanal ekipajların ABŞ əmrlərini yerinə yetirdiyini və tankerləri İran tərəfindən təyin olunmuş marşrutla deyil, öz marşrutları ilə idarə etdiyini açıqlayıb.
Bu arada, “The National” qəzetinin məlumatına görə, Səudiyyə Ərəbistanının “Bahri” gəmiçilik şirkəti “Sidr” tankerinin ötən bazar ertəsi Hörmüz boğazı yaxınlığında hücuma məruz qaldığını təsdiqləyib. Hadisə nəticəsində iki filippinli dənizçi həlak olub. Şirkət ekipaj və müvafiq orqanlarla əlaqə saxlayır.