Hindistanda bu dəfə xalq polisə hücum etdi

Dünya

01.05.2020 - 17:58

cedabet dərman SEO Xidməti

İki polis maşını zədələnib, 2 polis əməkdaşı isə xəsarət alıb

 

Koronavirusun qarşısının alınması məqsədiylə komendant saatı tətbiq olunan Hindistanda bu dəfə xalq polisə hücum çəkib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Benqal şəhərində baş verən hadisədə karantin qaydalarına əməl etməyən insanlarla polislər arasında başlayan mübahisə qarşıdurmaya çevrilib.

 

Belə ki, mübahisədən sonra insanlara daş və çubuqlarla xəbərdarlıq edən polis məmurlarına insanlar hücum çəkməyə başlayıblar. Hücum nəticəsində iki polis maşını zədələnib, 2 polis əməkdaşı isə xəsarət alıb.

 

Bundan sonra polis 14 nəfəri nəzarətə götürüb. Şəhər rəsmiləri polisə edilən hücumu qınayıb və sərt addım atılacağını söyləyiblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş