Hikmət Hacıyev: “Ermənistan çoxsaylı müharibə cinayətləri törədib”

Siyasət

30.10.2020 - 15:09

Prezidentin köməkçisi: “Mülki əhaliyə qarşı zorakılıq, öldürülmə kimi əməllər bu qəbildəndir”

 

“Bu günə qədər Ermənistan danışıqlar prosesində məsuliyyətlərini inkar etməyə və guya qondarma rejimin mövcudluğunu ön sıraya çəkərək, danışıqlar prosesinin formatını dəyişməyə çalışırdı”. AYNA xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə bildirib.

 

H.Hacıyev qeyd edib ki, işğalçı və təcavüzkar dövlət olaraq Ermənistan Respublikası baş verən hadisələrlə bağlı məsuliyyət daşıyır: “Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə siyasəti həyata keçirilib. Bu da çoxsaylı hərbi və müharibə cinayətləri ilə müşahidə olunub. Mülki əhaliyə qarşı zorakılıq, öldürülmə kimi əməllər bu qəbildəndir”.

 

“Bu illər ərzində Ermənistan işğal altında olan torpaqlarımızda qeyri-qanunu əməliyyatlar da həyata keçirilib. Bunları bir çox epizodları bu gün də davam edir. İşğal olunan ərazilərdə mədəni irsin talan edilməsi və məhv edilməsi faktları var”.

Müəllif: Ayna.az