“Bütün neft ölkələri, o cümlədən biz də mövcud durumdan əziyyət çəkirik"
İran prezidenti Həsən Ruhani neftin qiymətinin kəskin düşməsindən zərər gördüklərini bildirib. AYNA xəbər verir ki, o, bu barədə İranın rəsmi xəbər agentliyi “İRNA”ya danışıb.
ABŞ-ın sanksiyalarına görə ölkədə neft satışının azaldığını vurğulayan Ruhani, digər tərəfdən qiymətlərin azalmasının İrana zərər verdiyini vurğulayıb: “Bütün neft ölkələri, o cümlədən biz də mövcud durumdan əziyyət çəkirik. Əlbəttə ki, bu, çox zərərlidir. Lakin zərərlərimiz az olsa da bizə kömək etmir. Hər şeyə rəğmən bizim neftdən asılılığımız daha az olacaq. Çünki bizim düşməndən asılılığımız getdikcə azalır”.
Ruhani, həm də ölkədə COVİD-19-un yayılma sürətinin azaldığını bildirib və pandemiyaya qarşı tətbiq edilən sosial məsafə qaydalarının bütün ölkədə tətbiq olunacağını əlavə edib.