Hərbçilərimiz Gürcüstanda təlimlərdə iştirak ediblər

Xəbərlər

06.08.2021 - 16:02

Çoxmillətli hərbi təlimlərin bu gün bağlanış mərasimi keçirilib

 

Gürcüstanda Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Agile Spirit - 2021” hərbi təlimləri başa çatıb. AYNA-nın APA-ya istinadən xəbərinə görə, iyulun 26-da start götürən çoxmillətli hərbi təlimlərin bu gün bağlanış mərasimi keçirilib.

 

Qeyd edək ki, 2011-ci ildən etibarən sayca 10-cu dəfə keçirilən builki hərbi təlimlərdə Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan ümumilikdə 2500-dək hərbçi iştirak edib.

 

Müəllif: Ayna.az