HƏMAS-da ilk: Siyasi Büroda qadınlar da təmsil olunub

Dünya

15.03.2021 - 15:18

Həkimlər Klinikalar SEO Xidməti

Hərəkatın 20 nəfərdən ibarət olan Siyasi Bürosunda iki qadının adı var

 

Fələstinin islamçı HƏMAS hərəkatı ilk dəfə qadınları rəhbərliyə təyin edib. AYNA xəbər verir ki, bu barədə hərəkatın rəsmi saytında qeyd olunub.

 

Belə ki, hərəkat Qəzza zolağındakı Siyasi Büronun yeni üzvlərinin siyahısını açıqladı.

 

20 nəfərdən ibarət olan Siyasi Büroda iki qadının adı var - Cəmila Əl-Şanti və Fatimə Şurrab.

 

Əl-Şanti Siyasi Büroya üzv, Şurrab isə qurumun Qadın Komissiyasının rəhbəri təyin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş