Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Xəbərlər

27.06.2026 - 11:54

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Yaxın saatlarda Abşeron yarımadasının bəzi şəhərətrafı ərazilərində qısamüddətli leysan yağışla birlikdə dolu prosesinin olacağı ehtimal olunur. AYNA.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edək ki, iyunun 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Gəncə, Ağstafa, Qazax, Naftalan, Goranboy, Daşkəsən, Neftçala, Salyan, Şirvan, Şabran, Xızı, Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 metr/saniyəyədək güclənəcək.

Ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş