Hava limanları yanvarın 31-dək müntəzəm reyslər üçün bağlanır

Xəbərlər

10.12.2020 - 11:22

Operativ Qərargahın icazəsi ilə xüsusi reyslərinin yerinə yetirilməsi davam etdirilir

 

2021-ci il yanvarın 31-dək Azərbaycan Respublikasının bütün hava limanları müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır.

 

“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) Ayna-YA bildirilib ki, karantin dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi ilə xüsusi reyslərinin yerinə yetirilməsi davam etdirilir.

Müəllif: Ayna.az