Hava ilə bağlı XƏBƏRDARLIQ

Xəbərlər

11.09.2026 - 19:35

Leysan yağacaq, şimşək çaxacaq

Sentyabrın 12-13-də Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş