Hacıqabulda qatar dəmir yolu xəttini keçən şəxsi vurub

Hadisə

18.10.2021 - 07:52

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Bakı-Qazax dəmir yolu xətinin Nəvahi kəndi ərazisindən keçən hissəsində qatar kənd sakinini, 1976-cı il təvəllüdlü Hüseynov Zəfər Hüseyn oğlunu vurub.

AYNA-nın APA-ya istinadən verdiyi məlumata görə, nəticədə yaralı ağır vəziyyətdə qolun travmatik amputasiya diaqnozu ilə Şirvan şəhər xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az