Hacıqabulda ağır qəza: 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Hadisə

08.09.2026 - 10:14

Minik maşını yoldan çıxaraq aşıb

Hacıqabulda baş verən qəzada 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik maşını yoldan çıxaraq aşıb. Nəticədə 2 nəfər, sürücü və qadın sərnişin ölüb, 4 nəfər - Abşeron rayon sakinləri, 1969-cu il təvəllüdlü Aliyev Budaq, 1972-ci il təvəllüdlü Alıyeva Xatirə, 1965-ci il təvəllüdlü Aliyev Xankişi və 1997-ci il təvəllüdlü Aliyeva Turan Qabil oğlu xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşıdrma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş