4 bal gücündə yeraltı təkanlar Balanta kəndi ərazisində qeydə alınıb
Gürcüstanda zəlzələ olub.
AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, Gürcüstan Yer Elmləri İnstitutundan verilən məlumata görə, 4 bal gücündə yeraltı təkanlar bu gün yerli vaxtla saat 08:52-də Axalkalakidən 21 kilometr şimalda, Balanta kəndi ərazisində qeydə alınıb.
Dağıntı və tələfatın olub-olmaması barədə məlumat verilməyib.