5 günlük müharibənin 13 ili tamam olub
Bu gün Gürcüstanda dövlət bayraqları endirilib. AYNA gürcü mediasına istinadən bildirir ki, avqustun 8-də Rusiya ilə Gürcüstan arasında 2008-ci ildə baş vermiş 5 günlük müharibənin 13 ili tamam olub.
Bununla əlaqədar olaraq müharibədə həlak olanların xatirəsi ehtiramla anılıb.
Prezident sarayı, hökumət administrasiyası, parlament binası, digər dövlət idarələrində və diplomatik nümayəndəliklərdə bayraqlar endirilib.