Rəqibinə 2:0 hesabı ilə qalib gələn Məmmədov bürünc medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Norveçin paytaxtı Osloda dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.
AYNA xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı idmançımız Belarus təmsilçisi Maksim Kajarski ilə üz-üzə gəlib.
Rəqibinə 2:0 hesabı ilə qalib gələn Məmmədov bürünc medal qazanıb.
Qeyd edək ki, M.Məmmədov bundan əvvəl təsnifatda Kriştian Keçkemetiyə (Macarıstan) 3:0, 1/8 finalda Aydos Sultangaliyə (Qazaxıstan) 6:1, 1/4 finalda Ayata Suzukiyə (Yaponiya) 5:1 (tuşe) qalib gəlmişdi, yarımfinalda isə Jolaman Şarşenbekova(Qırğızıstan) 2:4 hesabı ilə uduzmuşdu.