“Google” Azərbaycanın axtarış sistemi bazarının 96,63 faizinə sahibdir

Xəbərlər

03.11.2026 - 00:28

“Yandex”in payı aylıq müqayisədə 0,59 faiz bəndi artaraq 2,41 faizə çatıb

2026-cı ilin oktyabr ayında “Google”un Azərbaycan axtarış sistemi bazarındakı payı 96,63 faiz təşkil edib ki, bu da aylıq müqayisədə 0,72 faiz bəndi azalaraq, illik müqayisədə 14,71 faiz bəndi artım deməkdir.

AYNA.AZ-ın “Statcounter”ə istinadən verdiyi məlumata görə, ikinci yerdə qərarlaşan “Yandex”in payı aylıq müqayisədə 0,59 faiz bəndi artaraq 2,41%-ə çatıb, lakin illik müqayisədə 13,22 faiz bəndi azalıb.

“Bing”in payı aylıq müqayisədə 0,08 faiz bəndi, illik müqayisədə isə 0,74 faiz bəndi azalaraq 0,75% təşkil edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş